2023-cü ilin birinci rübündə Gürcüstan turistlərdən 795,4 milyon dollar gəlir əldə edib.
Yenisabah.az “Vestnik Kavkaza”ya istinadla xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102% çoxdur.
Ümumən ilin əvvəlindən Gürcüstana 1,2 milyon əcnəbi səfər edib. Dominos pizza
Gürcüstanın turizm gəlirlərinin əhəmiyyətli hissəsi Rusiyadan gələn qonaqlarla bağlıdır. Yanvarın 1-dən martın 31-dək ruslar Qafqaz respublikasına 266,4 milyon dollar xərcləyib ki, bu da digər ölkələrdən gələn turistlərdən çox olub.
Telegram kanalımız