Hacıbala Abutalıbovun “sağ əli” həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Hacıbala Abutalıbovun “sağ əli” həbs edildi

Kriminal

03 Aprel 2021 11:56 1145


Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib.

Yenisabah.az xəbər verir ki, R.Quliyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıblar.

Yayılan məlumata görə, korrupsiyada təqsirləndirilən R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza

Baş Prokurorluğun Mətbuat xidməti Unikal.org-a faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, R.Quliyev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, Bakı Şəhər İcra Hakimiyyətində çalışdığı müddətdə keçmiş mer Hacıbala Abutalıbovun ən yaxın adamı saylılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!