Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Hadisə

06 Avqust 2026 19:10 82


Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Toyuqlu pizza

Hadisə zamanı avtomobilin sürücüsü yüngül xəsarət alıb, sərnişin - Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov isə ağır yaralanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!