Hamı 1 qəpiyə alır, hamı şübhəyə qapılır:   TƏHLÜKƏLİDİR?

saytların hazırlanması

Evə çatdırılma

Hamı 1 qəpiyə alır, hamı şübhəyə qapılır: TƏHLÜKƏLİDİR?

Sosial

22 İyun 2026 17:42 497


Mağazalarda qəfil peyda olmuş 1 qəpiklik yumurtaların təhlükəli olması hələ rəsmən təsdiqlənməyib.

“Yumurtanın hazırkı dövrdə qiymətinin 1-3 qəpik səviyyəsinə qədər enməsi havaların kəskin istiləşməsi ilə izah oluna bilər”.

Bunu “Yeni Sabah”a texnika elmləri doktoru, qida eksperti Elsevər Fərzəliyev bildirib. pizza sifarişi

“Soyuq havalarda yumurta adi şəraitdə, xüsusi soyuducu tələbi olmadan saxlanıla bilsə də, hazırda bu mümkün deyil. İsti hava şəraitində yumurtanın mütləq soyuducuda saxlanılması tələb olunur. Əks halda, saxlama müddəti ciddi şəkildə azalır və bu, bazar qiymətinə təsir edir”, - deyə E.Fərzəliyev əlavə edib.

Ekspert köhnə və ya xaricə ixrac zamanı geri qayıdan yumurtaların Azərbaycanın istehlak bazarına çıxarılması ilə bağlı iddiaları rədd edib:

“Qida məhsullarının dövriyyəsi və ya istehlaka geri qaytarılması ilə bağlı hüquqi və praktiki məhdudiyyətlər mövcuddur. Mağazadan istehlakçıya satılan qida məhsulları, o cümlədən yumurta ümumilikdə geri qaytarılmır. Bu da bazar mexanizmlərinə müəyyən təsir göstərir. Bundan başqa, yumurtaya olan tələbatda mövsümi dəyişikliklər də qiymət formalaşmasına təsir edə bilər. İsti havalarda bəzi qida məhsullarına marağın azalması istehsal və satış balansında dəyişiklik yaradır”.

E.Fərzəliyev qeyd edib ki, yumurta 28 günədək saxlanıla bilir:

“Yumurta üçün optimal temperatur 10 dərəcə civarında müəyyən edilir. Müəssisələrdə yumurtalar istehsaldan sonra emal prosesindən keçirilir və soyuducu şəraitdə saxlanılır. Lakin bu şərait hər zaman bütün satış zəncirində tam təmin olunmadıqda itkilər və qiymət dəyişiklikləri baş verə bilir.

Qısası, yumurta qiymətində müşahidə olunan enişi əsasən isti hava şəraiti, saxlanma rejimlərinə yaranan məhdudiyyətlər və bazar dövriyyəsindəki dəyişikliklərlə izah etmək mümkündür”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!