“Yuventus”dan transfer həmləsi

saytların hazırlanması

Evə çatdırılma

“Yuventus”dan transfer həmləsi

İdman

02 Noyabr 2026 16:40 82


İtaliya A Seriyasının nəhəngləindən olan "Yuventus" hücum xəttini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.

“Yeni Sabah” xəbər verir ki, Turin təmsilçisi isveçli hücumçu Viktor Dyokereşi yanvar transfer pəncərəsində rənglərinə bağlamaq niyyətindədir.

"Yuventus" rəhbərliyi 28 yaşlı qolçunun transferi üçün artıq zəmin hazırlamağa başlayıb. Əsas heyətdə müntəzəm şans qazanmaq istəyən isveçli hücumçunun da daha çox oyun təcrübəsi əldə etmək üçün bu keçidə müsbət yanaşdığı bildirilir. Toyuqlu pizza

İtalyanların hücumçunu ilkin olaraq satın alma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirdiyi, “Arsenal” tərəfinin isə birbaşa satış şərtlərini dəyərləndirdiyi iddia olunur. Danışıqların yaxın həftələrdə daha da intensivləşəcəyi gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!