Ad günündə “Şöhrət” ordeninə layiq görülən deputat -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Ad günündə “Şöhrət” ordeninə layiq görülən deputat - DOSYE

Sosial

23 Noyabr 2026 10:21 201


Milli Məclis üzvü Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

“Yeni Sabah” “Şöhrət” ordeninə layiq görülən deputatla bağlı maraqlı faktları təqdim edir: İnternet mağaza

Asif Yunis oğlu Əsgərov 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1989-cu ildən əmək fəaliyyətinə başlayıb, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.

1996-cı ildən Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.

Prezidentin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Prezidentin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, respublika dərəcəli hakimdir.

Asif Əsgərov 2024-cü il növbədənkənar parlament seçkilərində 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb və Milli Məclisinin VII çağırış deputatı seçilib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin Gənclər və idman komitələrinin, habelə Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Milli Məclisin deputatı Asif Əsgərovun bu gün 60 yaşı tamam olur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!