Hava şəraiti kəskin pisləşəcək: Dolu düşəcək, qar yağacaq   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti kəskin pisləşəcək: Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Sosial

20 Aprel 2022 17:12 594


Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 33 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 20-si axşamdan 22-si səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dördpendirli pizza

Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!