Havada tozun miqdarı normadan artıqdır - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

Havada tozun miqdarı normadan artıqdır - Nazirlik

Sosial

13 Aprel 2022 12:00 565


Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin  güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib.

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai  rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”. Marqarita pizza

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə  şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!