Yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün piyadaların da qaydalara ciddi əməl etməsi vacibdir. Diqqətsizlik, yolu müəyyən edilməmiş yerlərdən keçmək və yol şəraitini düzgün qiymətləndirməmək ağır qəzalara səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazirlik piyadalara yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə etməyi tövsiyə edib. Bildirilib ki, piyada keçidinin olması yolu düşünmədən keçmək üçün əsas deyil. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan avtomobillərin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır. Toyuqlu pizza
Xüsusilə nizamlanmayan piyada keçidlərində diqqətli olmaq vacibdir. Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır.
DİN qeyd edib ki, üstünlük hüququ piyadaya ehtiyat tədbirlərinə əməl etmədən hərəkət etmək imkanı vermir.
Həmçinin yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Aytac Əliyeva
Telegram kanalımız