Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı -  RƏSMİ
04 İyn 2020 20:24
936

Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ

Daxili İşlər Naizrliyi (DİN) həftə sonları dəfn mərasiminə iştirak etmək üçün müraciət qaydasını açıqlayıb.

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyun ayının 6-ı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub:

"Bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.

İyun ayının 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq".

Oxşar xəbərlər