Türkiyəli həkim Orhan Kural müğənni Sılanı məhkəməyə verib. Həkimin məhkəməyə baş vurmasının səbəbi Sılanın "Karanfil" adlı mahnısıdır.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim müğnninin mahnısında həddən artıq yer alan siqaretlə bağlı sözlərin insanları bu zərərli vərdişi etməyə sövq etdiyini iddia edib.
Kuralın vəkili ərizəsində bunları bildirib: Dördpendirli pizza
"Bütün dünyada tütün sektoru məşhurlardan istifadə edir. Onlar uşaq və gənclərdə siqaretə meyillilik yaradan amilləri gücləndirmək üçün bu addımı atırlar. Bunun son nümunəsini Sıla Gençoğlu adlı müğənninin "Karanfil" mahnısında gördük. Hansı məqsədlə müğənni mahnısının içində 5 dəfə dayanmadan siqaret çəkməkdən bəhs edər?"
Telegram kanalımız