Ağcabədinin Hindarx qəsəbəsi ərazisində "VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşub.
"Yeni Sabah" xəbər verir ki, hər iki maşının sürücüsü, habelə bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. pizza sifarişi
TƏBİB-in məlumatına görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ağırdır.
1991 ci il təvəllüdlü kişidə döş qəfəsinin qapalı travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmalar diaqnozu təyin olunub.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.
Telegram kanalımız