"Hyundai"nin yeni elektrikli SUV modeli Ioniq 9-da təhlükəsizlik problemi aşkarlanıb. ABŞ-də 5 360 avtomobili əhatə edən geri çağırma qərarı verilib.
“Yeni Sabah” xəbər verir ki, Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai 2026-cı il model Ioniq 9 avtomobillərini geri çağırır. ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının təsdiqlədiyi qərara əsasən, problem avtomobillərin ikinci sıra oturacaqlarındakı mexanizmlə bağlıdır.
Məlumata görə, təhlükə avtomobilin ikinci sırasında yerləşən elektriklə işləyən oturacaqlardan qaynaqlanır. Normalda oturacaq hər hansı əşyaya və ya insana toxunduqda hərəkətini dayandırmalıdır. Lakin proqram təminatındakı səhv səbəbindən oturacaq hərəkətini davam etdirə bilər. Bu isə sərnişinlərin xəsarət almasına səbəb ola bilər. Dördpendirli pizza
"Hyundai" mart 2025-ci ildən may 2026-cı ilədək istehsal olunan 5 360 avtomobili geri çağırma qərarına daxil edib. Siyahıda Limited, Calligraphy və Calligraphy Design təchizat səviyyəsində olan Ioniq 9 modelləri yer alır.
Şirkət problemin oturacaqların idarəetmə blokuna kiçik proqram yeniləməsinin yüklənməsi ilə aradan qaldırılacağını açıqlayıb. Avtomobil sahibləri bunun üçün servisə getməyə də bilər. Yeniləməni avtomobilin internet bağlantısı vasitəsilə uzaqdan yükləmək mümkündür. İstəyənlər isə səlahiyyətli servis mərkəzlərində bu xidmətdən ödənişsiz yararlana biləcəklər.
Hyundai problemə aid avtomobillərin sahiblərinə rəsmi məlumat məktublarını noyabrın əvvəlindən göndərməyə başlayacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız