İbrahimoviç peşəkar boksçu ilə döyüşəcək

saytların hazırlanması

Evə çatdırılma

İbrahimoviç peşəkar boksçu ilə döyüşəcək

İdman

21 May 2026 23:54 125


İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı boksçu Tayson Fyuri ilə baxış duelində iştirak edib və onunla rinqə çıxacağına eyham vurub.

"Yeni Sabah" xəbər verir ki, İbrahimoviç bununla bağlı fotonu "X" sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımına belə şərh verib: "Təcili xəbər! Döyüş avqustun 1-də İrlandiyanın Dublin şəhərində baş tutacaq. Boksu yenidən möhtəşəm edək". pizza hut

Qeyd edək ki, 37 yaşlı Fyurinin peşəkar karyerasında 35 qələbə var. Bu qələbələrin 24-ü nokautla əldə olunub. Britaniyalı boksçu iki dəfə məğlub olub, bir görüş isə heç-heçə ilə başa çatıb.

44 yaşlı Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!