İki gün evdə nə edək? – Psixoloq  MƏSLƏHƏTİ
06 İyn 2020 12:10
386

İki gün evdə nə edək? – Psixoloq MƏSLƏHƏTİ

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunub. Yəni 2 gün ərzində heç kim evdən bayıra çıxa bilməyəcək. Maraqlıdır bu müddət ərzində insanlar nə etməlidir ki, evdə darıxmasınlar, vaxtları səmərəli keçsin? 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Vüsalə Rüstəm bildirib ki, günü dəyərli edən insanın düşüncələri və görəcəyi işlərdir: “Əslində, edəcək çox iş var. Məsələn, zamanla unutduğumuz hobbilərimiz, səliqəyə salmadığımız kitab rəfləri, ailəmiz və özümüz üçün bişirəcəyimiz dadlı yeməklər, oxuyacağımız kitablar, yazacağımız hekayələr və yazılar, uşağımızla mütaliə saatları və ona öyrədəcəyimiz vərdişlər, filmlər izləmək, musiqi dinləmək... O qədər çox sey var ki, etmək iki günə sıxmaz. Daxilimiz günəş kimi işıqlıdırsa, qapalı mühitdə də cənnət yarada bilərik. Pozitiv düşüncə ilə ruh düşkünlüyünü önləyə bilərik”.

 

Oxşar xəbərlər