İlahiyyat İnstitutunun rəhbərliyi bu şəxsə həvalə olundu
12 Mart 2020 12:32
166

İlahiyyat İnstitutunun rəhbərliyi bu şəxsə həvalə olundu

Azərbaycan İlahiyyat İnstitutunda rektor vəzifəsinin icrası bu təhsil ocağının prorektoru Aqil Şirinova tapşırılıb.

Bu barədə Yenisabah.az saytına Aİİ-nin əməkdaşı Ayşən Hüseynova məlumat verib.

Qeyd edək ki, Aİİ rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçildiyi üçün martın 9-da Prezident İlham Əliyevin fərmanı ilə tutduğu vəzifədən azad olunub.

Oxşar xəbərlər