İldırımzadə baş prokurorun qəbuluna niyə qatılmadı?
18 May 2020 16:46
12343

İldırımzadə baş prokurorun qəbuluna niyə qatılmadı?

Bu gün baş prokuror yaşla əlaqədar təqaüdə göndərilən 5 rayon prokuroru və bir şöbə müdirini qəbul edib və bunula bağlı onlarla xatirə şəkili çəkdirib. 

“Yeni Sabah” bildirir ki, təqaüdə göndərilən bütün prokurolar qəbulda iştirak etsə də, Xətai rayonun keçmiş prokuroru Yusif İldırımzadə iştirak etməyib. 

Xatırladaq ki, Yusif İldırımzadə işlədiyi dönəmlərdə də baş prokuror Zakir Qaralova göstərdiyi öz sayğısız hərəkətləri ilə yadda qalıb. Belə ki, 5 il öncə Zakir Qaralov Yusif İldırımzadənin 65 yaşı olanda onu təqaüdə göndərməklə bağlı qəbul edib və öz fikrini ona bildirib. Ancaq yayılan məlumatlarda iddia olunurdu ki, İldırımzadə onu ağır formada təhqir edib və hətta qəbul otağındakı mizə də təpik vurub. 

Bundan sonra Zakir Qaralov Yusif İldırmzadənin qudası olan keçmiş DİN-i Ramil Usubovdan çəkindiyindən onu vəzifədən azad etməmişdi. 

Onu da bildirək ki, Yusif İldırımzadə vəzifədən azad olduğu gündən onun mobil telefonuna zəng çatmır. 

Xatırladaq ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Azər İsrafilov

İldırımzadə baş prokurorun qəbuluna niyə qatılmadı?

Oxşar xəbərlər