İlham Əliyev sloveniyalı vəzifədaşını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev sloveniyalı vəzifədaşını təbrik etdi

Siyasət

25 İyun 2026 11:37 77


Prezident İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, pizza sifarişi

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!