İlham Əliyev təbrik məktubu göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev təbrik məktubu göndərdi

Siyasət

25 Noyabr 2025 11:22 454


Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu yollayıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyiir:

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. Daim artan siyasi təmaslarımız və fəal dialoqumuz bir sıra sahələrdə səmərəli qarşılıqlı fəaliyyətimiz ilə müşayiət olunur.

Əminəm ki, xalqlarımızın dostluğundan qaynaqlanan Azərbaycan-Bosniya və Herseqovina münasibətləri bundan sonra da birgə səylərimizlə inkişaf etməyə, əməkdaşlığımız möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!