İlham Əliyevlə Putin arasında telefon danışığı:  Dağlıq Qarabağ müzakirəsi - Yenilənib
24 Noy 2020 21:50
3935

İlham Əliyevlə Putin arasında telefon danışığı: Dağlıq Qarabağ müzakirəsi - Yenilənib

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

***

Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin qarşılıqlı iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə də toxunuldu”, - deyə Kremldən bildirilib.

Bundan əlavə, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanla Qarabağda münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmaların həyata keçirilməsini, habelə Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabr tarixində Bakı və İrəvana səfərinin nəticələrini müzakirə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər