İlin ikinci Ay tutulması başladı
05 İyn 2020 22:57
1178

İlin ikinci Ay tutulması başladı

2020-ci ilin ikinci Ay tutulması başlayıb.

Yenisabah.az xəbər verir ki, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. 

Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi. 

Oxşar xəbərlər