İllik 428 min dollar maaş, pulsuz ev və maşın - Amma bu işə heç kim getmir

saytların hazırlanması

Evə çatdırılma

İllik 428 min dollar maaş, pulsuz ev və maşın - Amma bu işə heç kim getmir

Maraqlı

11 Sentyabr 2026 18:00 95


İllik 400 min dollardan çox maaş, pulsuz ev və avtomobil... İlk baxışda olduqca cəlbedici görünən bu iş üçün isə Avstraliyada həkim tapmaq çətinləşib.

“Yeni Sabah” xəbər verir ki, Avstraliyanın Kvinslend əyalətində yerləşən, cəmi 550 nəfərin yaşadığı Julia Creek qəsəbəsi daimi işləyəcək ailə həkimi axtarır.

Qəsəbə rəhbərliyi işə qəbul ediləcək həkimə ildə təxminən 428 min dollar maaş təklif edir. Bundan əlavə, yaşayış evinin kirayəsi və avtomobil xərcləri də qarşılanacaq. Bu məbləğ Avstraliyanın böyük şəhərlərində çalışan həkimlərin qazancından təxminən iki dəfə çoxdur. Sezar pizza

Buna baxmayaraq, işə maraq göstərənlərin sayı çox deyil.

Səbəb isə qəsəbənin yerləşdiyi ərazidir. Julia Creek ən yaxın xəstəxanadan və digər həkimlərdən saatlarla uzaqda yerləşir. Burada işləyəcək həkim qəsəbənin yeganə həkimi olacaq. O, müxtəlif xəstəliklər və təcili tibbi hallar da daxil olmaqla, demək olar ki, bütün tibbi müraciətlərə təkbaşına cavab verməli olacaq.

Qəsəbəyə daha əvvəl oxşar şərtlərlə köçən həkim isə bu işdən narazı qalmayıb.

2022-ci ildə Julia Creek-ə köçən və iki il burada çalışan doktor Adam Louws dörd uşağı ilə birlikdə qəsəbədə yaxşı vaxt keçirdiyini bildirib. O, yalnız ailəvi səbəblərdən buradan ayrıldığını deyib.

Louvs qəsəbədəki səmimi münasibətləri və işindən aldığı məmnuniyyəti yüksək qiymətləndirib. İndi isə onun yerini tutacaq yeni həkim axtarılır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!