İmişlidə qadın və övladının doğuş zamanı ölümünün   TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə qadın və övladının doğuş zamanı ölümünün TƏFƏRRÜATI

Sağlamlıq

10 Noyabr 2025 11:34 1773


İmişlidə hamilə qadının ölümünün səbəbi məlum olub. 

“Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, noyabrın 9-da saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Məlumata görə, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub: “Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Dominos pizza

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Гасан бек
    hospitalizasiya - sözünün tərcüməsin yazmaq olarmı?i
    6 months ago