Hindistanda sosial şəbəkələrdə yayılan yeni trend böyük müzakirələrə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bəzi hindistanlı gənclər bəyəndikləri qızlara imkanlı olduqlarını göstərmək üçün "Starbucks"dan aldıqları qəhvə ilə üzlərini yuyurlar.
Sosial şəbəkələrdə yayılan videolarda gənclərin əsasən latte və amerikano sifariş etdiyi görünür. Onlar qəhvədən bir neçə qurtum içdikdən sonra qalanını üzlərinə tökərək yuyurlar. Pepperoni pizza
İddialara görə, bu hərəkətlə bahalı qəhvə ala bildiklərini nümayiş etdirməyə və qarşı tərəfə varlı təsiri bağışlamağa çalışırlar.
Trend qısa zamanda digər ölkələrdə də diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox istifadəçi bunu mənasız və xoşagəlməz davranış adlandırıb. Bəziləri isə zarafatla belə videolar çəkənlərin qəhvə stəkanını uzun illər xatirə kimi saxlayacağını yazıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız