İndoneziya sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, 23 nəfər isə itkin düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Məlumata görə, gəmi Campea adasındakı limandan çıxaraq Cənubi Sulavesi əyalətindəki Selayar adalarına doğru istiqamət alıb. Hadisə baş verən zaman gəmidə ümumilikdə 70 sərnişin və heyət üzvü olub. Dominos pizza
Bildirilir ki, bir gün əvvəl gəminin mühərriki sıradan çıxıb, bundan sonra isə o, təyinat limanından təxminən 79 km aralıda batmağa başlayıb.
Xilasedicilər indiyədək 46 nəfəri sağ tapa biliblər. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını əhəmiyyətli dərəcədə çətinləşdirir./Oxu.az
Telegram kanalımız