İndoneziyada daha bir güclü zəlzələ

saytların hazırlanması

Evə çatdırılma

İndoneziyada daha bir güclü zəlzələ

Dünya

15 Avqust 2026 16:50 50


İndoneziyanın Sumatra adasında 6.9 maqnitudaya malik yeraltı təkanlar qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, təbii fəlakətin episentri 311 minə yaxın əhalisi olan Şimali Sumatra vilayətinin Perçut şəhərindən 70 kilometr cənub-şərq istiqamətində yerləşib. Zəlzələnin ocağı 183 kilometr dərinlikdə qeydə alınıb. pizza hut

Hazırda zərərçəkənlər və ya dağıntılarla bağlı rəsmi məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl İndoneziyanın Labuan-Baco şəhərinin 161 kilometr şimal-şərqində 7.7 maqnitudalı zəlzələ baş verib və hadisə nəticəsində 38 nəfər həlak olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!