İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

saytların hazırlanması

Evə çatdırılma

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

Maraqlı

02 Avqust 2026 20:06 93


Sankt-Peterburq yaxınlığındakı meşədə insanın qışqıran siluetini xatırladan qeyri-adi şam ağacı aşkar edilib. Yerli sakinlər onu qədim Kareliya əfsanələrində bəhs olunan meşə ruhu ilə əlaqələndirirlər.

''Yeni Sabah xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, qəribə görünüşlü ağacı Priozerskdən göbələk yığmağa gedən bir qrup meşədə gəzərkən Vuoksa gölü yaxınlığında aşkar edib.

Turistlər ağacın fotosunu yerli sakinlərə göstərdikdən sonra onlara bildirilib ki, bu şam ağacı "çəmənliyin ruhu" adlandırılır və xüsusilə gecə vaxtı ona yaxınlaşmamaq tövsiyə olunur. Toyuqlu pizza

Rəvayətə görə, "qışqıran şam" meşədə yolunu azmış insanları daha da çaşdıra və onları azdıra bilər.

Vuoksa gölü ətrafı da çoxsaylı Kareliya əfsanələri ilə məşhurdur. Turistlər və kayakçılar gölün bəzi kiçik adalarında izahı çətin hadisələrin baş verdiyini, saatların geri qalxdığını və mobil rabitənin tamamilə itdiyini iddia edirlər.

Yerli balıqçılar isə gecəni göl kənarında keçirməzdən əvvəl qədim inanca uyğun olaraq gölün ruhunu "razı salmaq" üçün suya bir parça çörək atdıqlarını söyləyirlər.\Bizim.Media 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!