İnsanlar 150 ilə qədər yaşaya biləcəklər

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar 150 ilə qədər yaşaya biləcəklər

Sosial

10 Aprel 2023 16:28 746


İnsanlar hələ də gözlənilən uzun ömür həddinə yaxınlaşmayıblar.

“Medicina” xəbər verir ki, ABŞ Corciana Universitetinin mütəxəssisləri insanın 122 ildən çox yaşaya biləcəyini müəyyən edib.

122 il 1997-ci ildə vəfat edən Janne Calmentin yaşadığı maksimum qeydə alınan yaşdır. Alimlər hesab edirlər ki, 2060-cı ilə qədər insanın ömrü 150 ilə qədər uzanacaq. pizza sifarişi

Tədqiqatçılar 19 inkişaf etmiş ölkədə, o cümlədən Yaponiya, ABŞ, Avstraliya və digərlərində 50-100 yaş arası insanlar haqqında məlumatları təhlil edərək bu qənaətə gəliblər. 

“1900-1950-ci illər arasında doğulmuş insanlar ölüm nisbətində tarixdə görünməmiş bir gecikmə yaşayırlar. Bu qrup insanlar növbəti onilliklərdə qocalığa çatdıqca, uzunömürlülük nisbətləri əhəmiyyətli dərəcədə arta bilər. Nəticələrimiz təsdiqləyir ki, əgər insan ömrünün maksimum həddi varsa, biz hələ ona yaxınlaşmamışıq”, - alimlər bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!