“WhatsApp” tətbiqi “iOS” istifadəçiləri üçün mesaj axtarışını daha rahat hala gətirən yeni funksiyanı təqdim edib. Artıq “iPhone” sahibləri söhbətlərdə və kanallarda istənilən köhnə paylaşım və ya yazışmanı tapmaq üçün əlavə menyulara keçid etməyəcək.
“Yeni Sabah” xəbər verir ki, yeniliyə əsasən, axtarış düyməsi birbaşa söhbət pəncərəsinin yuxarı hissəsində yerləşdirilib. Əvvəllər bu proses üçün profil bölməsinə daxil olmaq tələb olunurdusa, indi tək bir toxunuşla axtarış panelini açmaq və lazım olan açar sözü yazmaq kifayətdir. Xüsusiyyət həm fərdi və qrup çatlarında, həm də rəsmi kanallarda aktivdir.
Avqust ayında sınaqdan keçirilən bu imkan “App Store”da yenilənən “WhatsApp Messenger 26.36.74” versiyası ilə kütləvi istifadəyə verilib. Sezar pizza
Yenilik istifadəçilərə tədricən paylandığı üçün bəzi cihazlarda funksiyanın görünməsi bir neçə həftə çəkə bilər.
Telegram kanalımız