İranın "Arəş" dronları Küveytdəki Əli əl-Salem hava bazasında ABŞ ordusuna məxsus radar sistemlərinə, "Patriot" hava hücumundan müdafiə sistemlərinə və yanacaq çənlərinə zərbə endirib.
"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, "Patriot" sistemi bu bazanı, eləcə də MQ-9 da daxil olmaqla, nəqliyyat təyyarələrini və müasir dronları qorumaq üçün nəzərdə tutulub.
Bundan əlavə, son hücum dalğası zamanı dronlar Bəhreyndə Şeyx İsa hava bazasında yerləşən ABŞ ordusuna məxsus "Superhawk" radarları və "Patriot" raket buraxıcıları da daxil olmaqla, rabitə və radar sistemlərinə zərbə endirib. pizza mizza
İran ordusu həmçinin İordaniyadakı ABŞ ordusuna məxsus rabitə sistemlərinə və yanacaq saxlama obyektlərini hədəfə alıb.
İraqın şimalındakı Ərbilə endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı hərbçi həlak olub.
Telegram kanalımız