İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

saytların hazırlanması

Evə çatdırılma

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Dünya

17 İyul 2026 19:53 403


ABŞ-ın İrana qarşı hərbi hücumunun üçüncü mərhələsi başlayandan sonra İran SEPAH-ın “Saberin” elit hərbi birliyinin 3 min xüsusi təyinatlısı, o cümlədən quru qoşunları və başqa hərbi qüvvələrinin bölmələrini, eləcə də ağır hərbi texnikanı Kürdüstan və Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgələrinə yerləşdirib və bununla da bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

"Yeni Sabah" xəbər verir ki, bu haqda xaricdə fəaliyyət göstərən bəzi farsdilli media orqanları yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, qüvvələr əsasən Qərbi Azərbaycan əyalətinin Sərdəşt, Piranşəhr (Xana) və Kürdüstan əyalətinin Bane və Mərivan şəhərlərində yerləşdirilib. pizza sifarişi

Mənbələr həmçinin tanklar, artilleriya qurğuları, “Katyuşa” raket atıcıları və çox sayda kəşfiyyat və kamikadze dronları da daxil olmaqla, ağır hərbi texnikanın bu ərazilərə köçürüldüyünü bildiriblər.

Onların iddiasına görə, sərhəd bölgələrində yerləşən ordu qüvvələri ABŞ-ın mümkün hava hücumları ilə bağlı narahatlıqlar səbəbindən gecə hərbi bazalarda olmaqdan çəkinir, nəqliyyat vasitələrində və ya sərhəd kəndlərinin yaxınlığında gecələyir və gündüz saatlarında bazalarına qayıdırlar.

Eyni zamanda, yerli mənbələr sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin və məhdudiyyətlərin gücləndirildiyini vurğulayırlar. Onların sözlərinə görə, sərhəd bölgələrində təhlükəsizlik nəzarəti artırılıb, vətəndaşlar və sərhəd kəndlərinin sakinlərinə hərəkət məhdudiyyətləri tətbiq olunub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!