İran Silahlı Qüvvələri Livandakı atəşkəs rejimini pozmağa son qoymayacağı təqdirdə İsrailə sərt cavab veriləcəyi ilə hədələyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Xəbərdarlıq edirik: əgər İsrail ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri tərəfindən sərt bir cavabla qarşılaşacağını gözləməlidir", - deyə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının bəyanatında bildirilir. Marqarita pizza
Onların məlumatına görə, son iki gün ərzində İsrail ordusu Livandakı atəşkəs rejimini artıq 84 dəfə pozub./Oxu.az
Telegram kanalımız