İran parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək

İran parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək

Dünya Veb saytların hazırlanması

08 Dekabr 2021 11:42 559


İran İslami Şura Məclisinin (parlament) sədri Türkiyəyə yollanır.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, Məhəmməd Baqer Qalibaf 2 günlük İƏTPİ-nin (İslam Əməkdaşlıq Təşkilatı Parlamentlərarası İttifaqı) toplantısında iştirak edəcək.

Dekabrın 9-10-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlamentlərarası İttifaqının (mərkəzi mövzusu olan “Fələstin, miqrasiya və Əfqanıstan” 16-cı sessiyası keçiriləcək. 

Sammitdə iştirak edən bəzi İslam ölkələri spikerlərinin ikitərəfli görüşləri də keçirəcək.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da sammitə qatılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!