İran prezidenti: Qafqazda həlli qeyri-mümkün problem yoxdur

saytların hazırlanması

Evə çatdırılma

İran prezidenti: Qafqazda həlli qeyri-mümkün problem yoxdur

Dünya

24 Oktyabr 2023 10:26 305


Qafqaz regionunda həlli mümkün olmayan problem yoxdur.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə bildirib.

O, mövcud problem və çağırışların həlli naminə region ölkələri arasında yaxınlaşma və konsensusun əldə olunmasını vacib hesab edib: Dominos pizza

"Qafqaz regionu ölkələri arasında dialoqun əsas olmasına inandığımız qədər,  xarici müdaxilənin məsələləri çətinləşdirdiyinə inanırıq. Bölgədə həlli mümkün olmayan problem yoxdur. Mövcud çağırışların həllində “Qafqaz Əməkdaşlıq Qrupu”nun (3+3 formatı) imkanlarından istifadə edilməlidir".

İran prezidenti Fələstin xalqına qarşı cinayətlərin qarşısının alınmasında Türkiyənin rolunun vacib hesab edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!