"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək".
"Yeni Sabah" xəbər verir ki, nunu Oxu.Az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Səfir "Sahar Azəri" kanalında guya Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da cavab verib. Pepperoni pizza
"Çalışmalıyıq ki, hər hansı xəbər və hadisə münasibətlərimizə mənfi təsir göstərməsin. Açığı, nümayəndə heyətləri ilə görüşlərim olduğuna görə bu xəbəri görməmişəm. Amma razıyam ki, dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər", - deyə səfir bildirib.
Telegram kanalımız