İran zabitləri   mühasirəyə düşdü - Tuneldən çıxa bilmirlər

saytların hazırlanması

Evə çatdırılma

İran zabitləri mühasirəyə düşdü - Tuneldən çıxa bilmirlər

Dünya

04 Sentyabr 2026 18:31 171


Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb.

“Bir neçə gün ərzində Hizbullah onlara dronlar vasitəsilə su və ərzaq çatdırmağa çalışıb. Lakin hər dəfə onlardan kimsə gətirilən yardımı götürmək üçün tuneldən çıxanda İsrail hərbçiləri onu məhv edir. İran və Hizbullah üçün əsas prioritet silahları oradan çıxarmaq və döyüşçüləri xilas etmək olub. Lakin görünür, bunun baş tutma ehtimalı getdikcə azalır”, - mənbə bildirib. Pepperoni pizza

Qeyd edək ki, İsrail ordusu Livanın cənubundakı strateji əhəmiyyətli Əli ət-Tahir silsiləsi yaxınlığında Hizbullahın yeraltı infrastrukturunu təmizləməyi başa çatdırdığı və onu məhv etməyə başladığı haqda məlumat yaymışdı./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!