Həkimlərin əməkhaqqlarının artırılması ilə bağlı qərardan sonra sosial şəbəkələrdə müəllimlərin də maaşlarının artırılması müzakirə olunur.
Ümumiyyətlə, son günlər müəllimlərin maaşının artırılması zərurəti vurğulanır və bu istiqamətdə müəyyən təkliflər səsləndilir. Ötənlərdə bu artımın şagirdlərin nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər də gündəmə gəlib və cəmiyyətdə müzakirələrə səbəb olub. Azərbaycanda uzun illərdir şagirdlərin göstəricilərinin müəllimin fəaliyyətinin nəticələrindən biri olduğu düşünülür. Ancaq müəllimin maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış sistem deyil.
Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, şagirdlərin uğurlarına töhfə verən müəllimlərin əlavə ödənişlərlə stimullaşdırılması mümkündür. Dördpendirli pizza
Lakin deputatın sözlərinə görə, bütün müəllimlər heç də eyni cür dərs keçmirlər, şagirdlərlə eyni dərəcədə işləmirlər:
“Müəllimlərin əməkhaqqı məsələsində müəyyən sistem əsas götürülə bilər. Məsələn, müəllimin dərs dediyi şagirdlərin göstəricilərinə, onların uğurlarına görə, təhsil verənlərin maaşına əlavələr edilə bilər. Düşünürəm ki, bunu bir praktika kimi nəzərdən keçirə bilərik. Təbii ki, bunu hamıya tətbiq etmək mümkün deyil. Sonrakı mərhələdə başqa proseslər də gedə bilər. Dünyada da bənzər nümunələr var”.
Təhsil eksperti Ruslan Bayramov isə bildirib ki, imtahanların nəticəsi müəllimin əməyini tam əks etdirən göstərici deyil:
“İmtahan stressi, sualların çətinliyi və obyektivlik dərəcəsi, sinifdəki şagird sayı və onların fərdi hazırlıq səviyyəsi də yekun nəticəyə təsir göstərir. Sinifdə 20-30 şagirdin eyni nəticə göstərməməsi müəllimin ümumi ortalamasına da təsir göstərir. Yəni bu kimi vasitələrdən istifadə edərək, müəllimin əməyinin qiymətləndirilməsi real görünmür. Daha yaxşı olar ki, müəllimlər artıq motivasiya olunmuş formada siniflərə salınsınlar”.
Telegram kanalımız