"10 illik fəaliyyəti dövründə əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda və regionlarda ümumilikdə 20 layihəyə başlayıb".
"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında MİDA-nın mətbuat katibi Diana Dadaşova deyib.
O bildirib ki, Bunlardan 17-si güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdir: pizza hut
"Güzəştli mənzil layihələrindən 11-nin inşası tamamlanmış, 3 layihə hazırda reallaşdırılır, 3 yaşayış kompleksi isə layihələndirilmə mərhələsindədir. İnşası tamamlanmış layihələrdə 16 515 mənzil, 7 məktəb, 11 uşaq bağçası, 1 müasir tibb mərkəzi tikilmişdir. Güzəştli mənzil layihələri çərçivəsində ümumilikdə 12 minə yaxın ailə mənzil əldə edib".
"Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur", - qurum rəsmisi deyib.
Onun sözlərinə görə, hazırda reallaşdırılan və layihələndirmə mərhələsində olan 6 layihədə isə 5 mindən çox mənzilin, 1 məktəbin və 4 uşaq bağçasının tikilməsi nəzərdə tutulub:
"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir".
Telegram kanalımız