Təmir işləri ilə əlaqədar sentyabrın 5-dən etibarən Bakının Sabunçu rayonunda iki küçədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatv yayıb.
Belə ki, təmir işləri Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsində yerləşən Mehdi Hüseynzadə küçəsində aparılacaq. Toyuqlu pizza
Təmir işlərinə sentyabrın 5-i saat 07:00-dan başlanılacaq. Həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması işlər başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
Aytac Əliyeva
Telegram kanalımız