İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-yə sərt xəbərdarlıq edib.
"Yeni Sabah" xəbər verir ki, Qalibaf sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Vaşinqtonun İrana qarşı mümkün addımlarının cavabsız qalmayacağını bildirib.
O vurğulayıb ki, ABŞ tərəfindən hər hansı hücum olacağı təqdirdə İran buna dərhal cavab verəcək. pizza sifarişi
"Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vuruşmayın, yoxsa daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İranın müəyyən etdiyi şərtlərlə açılacaq, Amerika təhdidləri ilə deyil", – deyə o qeyd edib.
Qeyd edək ki, son günlər regionda gərginlik daha da artıb. İranın Küveyt və Bəhreyn ərazisində yerləşən ABŞ hədəflərinə, eləcə də İordaniyadakı Əl-Əzraq hava bazasına raket zərbələri endirdiyi bildirilir.
Bunun fonunda ABŞ-nin son iki gecə ərzində İrana qarşı hərbi əməliyyatları bərpa etdiyi, Tehranın isə bu hücumlara cavab verəcəyini bəyan etdiyi qeyd olunur.
Telegram kanalımız