İranın kəşfiyyatının “qara siyahı”sında AzTV-dən başqa kimlər var? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İranın kəşfiyyatının “qara siyahı”sında AzTV-dən başqa kimlər var? - VİDEO

Siyasət

28 İyul 2026 15:08 545


İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) “düşmən media və səhifələr”ə AzTV-ni aid etməsindən sonra ictimai-siyasi maraq həmin siyahıda başqa kimlərin olduğuna yönəlib.

"Yeni Sabah” xəbər verir ki, ümumən “düşmən şəbəkələr”, “düşmən insan mediası” və “düşmən virtual səhifələr” siyahısına 44 media orqanı və şəbəkə, 61 şəxs və 310 virtual səhifə, kanal və veb-sayt daxildir.

Kəşfiyyat Nazirliyi bu nümunələrin “İsraillə əlaqələr, terrorçu qruplar, zorakılığın təşviqi, qeyri-sabitliyin yaradılması və İslam Respublikasına qarşı düşmən yanaşma” kimi meyarlara əsasən müəyyən etdiyini bəyan edib. pizza hut

Siyahıya BBC Farsi, “Amerikanın Səsi”, “Iran İnternational”, “Iran Wire”, “Radio Zamaneh” və “Simaye Azadi” kimi media orqanları, eləcə də bir sıra jurnalistlər daxildir.

Göründüyü kimi, onların hamısı farsdilli media orqanlarıdır.

“Ettelaat”ın diqqət mərkəzinə düşmüş KİV-lərdən başqa, “düşmən media adamları” da açıqlanıb və 61 nəfərin adı dərc edilib. O cümlədən Hamed Esmailiyon, Həsən Şəriətmadari, Hoseyn Rəzzaq, Məzyar Bahari, Hoseyn Ronəqi, Qolşifte Fərəhani, Zəhra Əmirabrahimi və s. 

Siyahının üçüncü hissəsi “Instagram”, “Telegram”, “X”, “YouTube” kimi platformalarda və veb-saytlarda 310 səhifə, kanal, veb sayt və istifadəçi hesabının təqdimatına həsr olunub.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!