İrəvanda partlayan bazardan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda partlayan bazardan son xəbər

Dünya

15 Avqust 2022 11:22 1022


"İrəvan şəhərinin FHN bölmələri ilə yanaşı qonşu mərzlərdən (Ermənistanda ərazi inzibati vahidi - red.) gələn əməkdaşlarımızın sayəsində gücləndirilmiş xidmət həyata keçirilir. Yanğının söndürülməsində 350 xilasedici iştirak edib".

Yenisabah.az "Hraparak"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

“Xilasedicilər dağıntılar altından 10 nəfəri, 6 meyiti, həmçinin, 21 avtomobili çıxarıblar. Yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir. Prosesdə 150-yə yaxın könüllü iştirak edir. pizza hut

Axtarış-xilasetmə əməliyyatlarının mürəkkəbliyi dağıntı və yanğının miqyası ilə bağlıdır”, - deyə o bildirib.

Xatırladaq ki, ötən gün İrəvanın ən böyük topdansatış bazarı olan "Surmalu" ticarət mərkəzində baş vermiş ağır partlayışda 2 nəfər həlak olub, 60-dan çox yaralı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!