İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

Sosial

28 Mart 2022 19:07 440


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.

Bu barədə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. pizza sifarişi

“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!