İspaniyanın Şimali Afrikadakı eksklavı Seutanın Mərakeşlə dəniz sərhədində 500 metr uzunluğunda üzən maneə quraşdırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Məlumata görə, yeni baryer “Taraxal” sərhəd dalğaqıranı yaxınlığında avqustun 1-i səhər saatlarında yerləşdirilib. pizza sifarişi
Mülki Qvardiyanın adı açıqlanmayan əməkdaşının sözlərinə görə, suyun üzərindən 30-70 santimetr yüksələn bu maneə pnevmatik üzən sistemdən ibarətdir və onun sualtı hissəsinin dərinliyi 1 metrə çatır. Bundan əlavə, maneə boyunca ölkənin Hərbi Dəniz Qüvvələri tərəfindən təmin edilən və dəniz dibinə bərkidilmiş lövbərli daşlardan ibarət xətt çəkilib. Qurğunun elementləri arasında naviqasiya kanalı saxlanılıb.
Qeyd edək ki, Mərakeşdən Seutaya miqrantların kütləvi və qanunsuz axını yerli hakimiyyət orqanlarının imkanlarını aşdığı üçün İspaniya hökuməti bölgəyə Silahlı Qüvvələri cəlb etməyə məcbur olub. Bu böhran Madrid və Roma arasında ciddi diplomatik gərginliyə səbəb olub; İtaliya tərəfi İspaniyanın Şengen zonasına üzvlüyünün müvəqqəti dayandırılması imkanını nəzərdən keçirir.
Xatırladaq ki, bir qədər əvvəl İspaniya Kralı VI Felipe Seutada baş verən hadisələrlə bağlı kəskin narahatlığını və hiddətini ifadə etmişdi.
Telegram kanalımız