İspaniyada “mülk ovu“: Rus oliqarxların yeni əmlakı tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada “mülk ovu“: Rus oliqarxların yeni əmlakı tapıldı

Dünya

15 Aprel 2022 17:27 848


İspaniyanın Notariat Baş Şurasının Rusiya fiziki və ya hüquqi şəxslərinin əmlakının axtarışı ilə bağlı apardığı araşdırma zamanı dörd yaxta, bir gəmi dayanacağı və 29 mülk aşkarlanıb.

Yenisabah.az “El Pais”ə istinadla xəbər verir ki, iri rus sahibkarları ilə əlaqəli əmlak ölkənin bütün Aralıq dənizi sahillərində tapılıb və 34 mülkdən 16-sı Kataloniyada yerləşir.

Əmlak obyektlərinin axtarışı 2004-cü ilin yanvar ayından ölkənin notariusları tərəfindən aparılan bütün əməliyyatların daxil edildiyi məlumat bazası olan Vahid Notariat İndeksi əsasında həyata keçirilib. pizza sifarişi

Tapılan aktivlərin ehtimal sahiblərindən biri "Rostec"-in baş direktoru Sergey Çemezovdur.

İspaniya hakimiyyəti Aİ-nin Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra rusiyalı iş adamlarına məxsus aktivlərin müəyyən edilməsi və dondurulması üçün işə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!