İsrailin Qəzzaya zərbəsi zamanı jurnalist həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

İsrailin Qəzzaya zərbəsi zamanı jurnalist həlak oldu

Dünya

20 İyun 2026 23:56 251


"Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qətər telekanalının bəyanatında deyilir.

"Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - məlumatda qeyd edilib. Marqarita pizza

Telekanalın rəhbərliyi hücumu qətiyyətlə pisləyib. "Bu, bütün beynəlxalq qanunların və normaların yeni, kobud şəkildə pozulmasıdır və jurnalistlərin təqib edilməsi, həqiqət səsinin boğulması üzrə davam edən sistematik siyasəti əks etdirir", - bəyanatda deyilir.

İsrail Müdafiə Ordusunun Fələstin ərazisinə endirdiyi son zərbələr zamanı Vişah da daxil olmaqla, 10 nəfərin həlak olduğu dəqiqləşdirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!