İsrailin yeni planı dünyanı ayağa qaldırdı - Fələstinli məhbuslar üçün timsahlı həbsxana

saytların hazırlanması

Evə çatdırılma

İsrailin yeni planı dünyanı ayağa qaldırdı - Fələstinli məhbuslar üçün timsahlı həbsxana

Dünya

17 İyul 2026 14:17 38


İsraildə fələstinli məhbusların saxlanıldığı həbsxanaların ətrafında timsahlı xəndəklərin yaradılması planının həyata keçirilməsi üçün hüquqi maneə aradan qaldırılıb.

"Yeni Sabah" xəbər verir ki, İsrailin ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının statusunu dəyişdirən qərar imzalayıb.

Sənədə əsasən, timsahlar artıq qorunan deyil, "nəzarətdə saxlanılan vəhşi heyvan" hesab olunacaq. Toyuqlu pizza

Bu dəyişiklik İsrail Həbsxana Xidməti də daxil olmaqla dövlət qurumlarına müəyyən şərtlərlə öz ərazilərində timsah saxlamağa imkan verir.

Xidmət rəhbərliyi layihənin praktik baxımdan həyata keçirilməsinin mümkün olub-olmadığını araşdırmağa başlayıb.

İdeyanı ilk dəfə ölkənin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir irəli sürüb. O, fələstinli məhbusların saxlanıldığı həbsxanaların ətrafında timsahlarla dolu xəndəklərin qazılmasını təklif edib. Təklif təhlükəsizlik tədbiri kimi təqdim edilsə də, insan hüquqları müdafiəçiləri tərəfindən ciddi tənqid olunub.

Layihəni dəstəkləyənlər timsahlı xəndəklərin həm həbsxanaların mühafizəsini gücləndirəcəyini, həm də təhlükəsizlik xərclərini azalda biləcəyini düşünürlər.

Bir gənc timsahın qiyməti təxminən 8, yetkin timsahın qiyməti isə 20 min dollara qədərdir.

Hazırda İsrail həbsxanalarında, qadın və uşaqlar da daxil olmaqla, 9 min 600-dən çox fələstinli saxlanılır. Onlardan 3 min 532 nəfəri məhkəmə qərarı olmadan inzibati qaydada həbs edilib.

Fələstinli və israilli insan hüquqları təşkilatları həbsxanalarda saxlanılan fələstinlilərin işgəncə, aclıq və tibbi yardımdan məhrum edilmə kimi hallarla üzləşdiyini iddia edir. Bu iddialar beynəlxalq ictimaiyyətdə də müzakirə mövzusudur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!