İsrailli siyasətçi Moskva və Ankaranı ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrailli siyasətçi Moskva və Ankaranı ittiham etdi

Dünya

08 Oktyabr 2026 09:46 72


İsrail müxalifətinin liderlərindən biri, sabiq baş qərargah rəisi Gadi Eyzenkot ölkənin xarici siyasət və regional təhlükəsizlik üzrə yeni strategiyasını ictimaiyyətə təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli hərbçi və siyasətçi Yaxın Şərqdə davam edən böhranların həlli və İsrailin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi üçün bir sıra mühüm tezislər irəli sürüb.

Eyzenkot Suriya münaqişəsinin nizama salınması şərtlərindən danışarkən vurğulayıb ki, regionda işğala son qoyulmasının əsas şərti Rusiya və Türkiyə hərbi qüvvələrinin Suriya ərazisindən tam çıxarılmasıdır. Sabiq baş qərargah rəisi, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı baxışını və geosiyasi yanaşmasını dəstəklədiyini diqqətə çatdırıb. Sezar pizza

Siyasətçinin bəyanatında ən diqqətçəkən məqamlardan biri regionda "Sünni NATO-su" yaratmaq ideyasına münasibəti olub. Eyzenkot bu konsepsiyaya açıq olduğunu bildirərək, İsrailin təhlükəsizliyinin təmin edilməsində və regional təhdidlərə (xüsusilə İrana) karşı mübarizədə sünni ərəb bloku ilə strateji əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə böyük inam bəslədiyini qeyd edib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!