İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

saytların hazırlanması

Evə çatdırılma

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Maraqlı

06 Sentyabr 2026 20:20 113


İsveç mediası qarşıdan gələn bələdiyyə şurası seçkilərində Mötədillər Partiyasından Yevle şəhərinin bələdiyyə şurasına namizədliyini irəli sürən 18 yaşlı Rihad Ələkbərova diqqət yetirib.

"Yeni Sabah" xəbər verir ki, İsveçin SVT telekanalı Yevle bələdiyyə şurasına namizədlər arasında ən gənc və ən yaşlı namizəd haqqında reportaj hazırlayıb. Onların ən gənci — Rihad Ələkbərovun 18 yaşı cəmi bir neçə gün əvvəl tamam olub. Ən yaşlı namizəd isə yamaykaəsilli Yaşıllar Partiyasının nümayəndəsi Ken Kubulensodur. Onun 95 yaşı var.

Yaş fərqi 77 il olsa da, hər iki namizəd cəmiyyətin inkişafında iştirak etmək istədiklərini bildirib, siyasət və həyatla bağlı fikirlərini bölüşüb. Sezar pizza

İsveç telekanalına müsahibəsində Rihad Ələkbərov, xüsusilə, partiyasında geniş yayılmış mövqedən fərqlənən bir məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, İsveçdə alkoqol satışına dövlət inhisarının qorunmasını dəstəkləyir, halbuki Mötədillər Koalisiya Partiyasının bir çox nümayəndəsi bu inhisarın ləğvinin tərəfdarıdır.

95 yaşlı Ken Kubulenso söhbətin sonunda gənc namizədə tövsiyələrini verərək onu siyasətlə məşğul olmağa və cəmiyyətin yaxşılaşdırılması və inkişafı istiqamətində çalışmağa davam etməyə çağırıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!