İxtisas seçimində nəyə diqqət yetirilməlidir?

saytların hazırlanması

Evə çatdırılma

İxtisas seçimində nəyə diqqət yetirilməlidir?

Sosial

23 Avqust 2021 11:25 905


Avqustun 20-dən abituriyentlər üçün ixtisas seçiminə start verilib. Seçim zamanı nələrə diqqət yetirməlidirlər, qəbul balları yüksələ bilərmi?

Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Yenisabah.az-a danışıb:

“3 gündür ki, ixtisas seçiminə start verilib. Bəzi abituriyentlər artıq seçim etməyə başlayıblar. 16.000-dən çox abituriyent sənədini təsdiq edib. pizza sifarişi

Seçim zamanı əsas diqqət yetirilməli məqam abituriyentin yığdığı baldır. Azərbaycanda müəyyən ixtisaslar var ki, hər il o ixtisaslara  kifayət qədər axın olur və bu axın seçim prosesində həlledici rol oynayır.

Bəzən elə olur ki, abituriyent yüksək bal topladığı halda seçimdən kənarda qala bilir. Buna görə də ixtisas seçiminə həssas yanaşmaq lazımdır. Hazırda ölkəmizdə seçim prosesi ilə məşğul olan kifayət qədər ekspertlər və kurslar var. Loru dildə desək, bazar mövcuddur”.

Ekspert keçən ilki ballarla bu ilki ballar arasında çox fərq olmayacağını vurğulayıb:

“Vəziyyətin eyni səviyyədə olması gözlənilir”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!